A seriyasında dörd oyun təxirə salındı
İtaliya A Seriyasının XX turunun 4 oyunu təxirə salınıb. Buna koronavirusa yoluxmanın artması səbəb olub.
Bu gün keçirilməli olan “Bolonya” – “İnter”, “Atalanta – “Torino”, “Fiorentina” – “Udineze”, “Salernitana” – “Venetsiya” qarşılaşmaları qeyri-müəyyən müddətə təxirə düşüb.
“Udineze” kütləvi yoluxma ucbatından komandanın karantinə alındığını elan edib. Klub yanvarın 9-da “Atalanta” ilə görüşün təxirə salınmasını da istəyib.