A seriyasında ayın futbolçusu
A Seriyasının mətbuat xidməti avqust ayının ən yaxşı futbolçusunu seçib. Bu ada “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb.
İtaliya çempionatında avqustda debüt edən Xviça Kvaratsxeliya “Napoli”nin heyətində 4 oyun keçirib. O, bu görüşlərdə 3 qol vurub və məhsuldar ötürmə verib.