Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
A seriyasında Alleqri və Mourinyo hamıdan çox qazanır
İtaliya A seriyasında çalışan baş məşqçilərin maaşları açıqlanıb. Siyahıda 18 klubun çalışdırıcısı yer alıb.
Yalnız iki mütəxəssis siyahıdan kənar qalıb. “Verona” və “Salernitana”nın baş məşqçiləri İqor Tudorla Stefano Kolantuononun siyahıya daxil edilməməsi səbəbsiz deyil. Onlar mövsümün gedişində bu vəzifəyə gətirildiyi üçün dəqiq maaşlarını müəyyənləşdirmək mümkün olmayıb.
Vergilərin ödənilməsindən sonra ən çox qazanan Massimiliano Alleqri və Joze Mourinyodur. Onlar hərəyə 7 milyon avro əldə edirlər. İlk “üçlüy”ü Simone İnzaqi qapayır.
1-2. Massimiliano Alleqri (“Yuventus”) – 7 milyon avro
Joze Mourinyo (“Roma”) – 7 milyon avro
3. Simone İnzaqi (“İnter”) – 4 milyon avro
4-5. Maurisio Sarri (“Latsio”) – 3 milyon avro
Luçano Spalletti (“Napoli”) – 3 milyon avro
6. Can Pyero Qasperini (“Atalanta) – 2,2 milyon avro
7-9. Stefano Pioli (“Milan”) – 2 milyon avro
Sinişa Mixayloviç (“Bolonya”) – 2 milyon avro
İvan Yuriç (“Torino”) – 2 milyon avro
10. Vinçentso İtalyano (“Fiorentina”) – 1,2 milyon avro
11. Valter Madzarri (“Kalyari”) – 1 milyon avro
12. Davide Ballardini (“Cenoa”) – 900 min avro
13. Alessio Dionizi (“Sassuolo”) – 850 min avro
14. Roberto D′Aversa (“Sampdoriya”) – 750 min avro
15. Tiaqo Motta (“Speziya”) – 700 min avro
16. Luka Qotti (“Udineze”) – 600 min avro
17-18. Paolo Dzanetti (“Venetsiya) – 500 min avro
Aurelio Andreatsoli (“Empoli”) – 500 min avro