A Seriyası matçı təxirə salındı
A Seriyasının 5-ci turunun son matçı təxirə salınıb. “Atalanta” – “Komo” görüşü pis hava şəraiti üzündən bu gün təşkil olunacaq.
Berqamoda keçirilməli oyun güclü yağış üzündən start götürməyib. Federasiya nümayəndəsi və hakimlərin stadiona baxış keçirməsindən sonra qarşılaşmanın təxirə salınmasına qərar verilib.
Qeyd edək ki, “Atalanta” 6 xalla 9-cu, “Komo” 2 xalla 19-cu pillədə qərarlaşıb.