“Beşiktaş”dan böyükhesablı qələbə
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin VII turuna start verilib. Günün yeganə qarşılaşması Türkiyədə baş tutub.
Super Liqa klublarından “Beşiktaş” doğma azarkeşləri önündə “Atletik” ilə üz-üzə gəlib.
Görüş İstanbul təmsilçisinin üstünlüyü ilə keçib. Komanda rəqibini doğma meydanda 4:1 hesabı ilə darmadağın edib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
19:30. “Beşiktaş” – “Atletik Bilbao” 4:1
Qol: Milot Raşitsa, 17, 60, Rafa Silva, 77, Joao Mario, 90, Unai Qomez, 45