Federasiya rəhbəri saxlanıldı
Kolumbiya Futbol Federasiyasının prezidenti Ramon Xesurun xoşagəlməz halla üzləşib. O, Amerika kubokunun finalından sonra saxlanılıb.
Buna federasiya rəhbərinin oğlu ilə birlikdə stadionun girişində dava salması səbəb olub. 71 yaşlı Xesurun arenanın VIP zonasına keçmək üçün liftə minə bilmədiyi üçün çaxnaşma yaradıb. Muhafizəçilər onu və oğlunu bu hərəkətinə görə saxlayıblar. Günahkarlar məhkəmə qarşısına çıxacaqlar.