Sürpriz kupon – 30.09.2024

Sürpriz kupon – 30.09.2024

Parma – Kalyari 1

Hədəfi Serie A-da qalmaq olan Kalyari ilə görüşdə Parma daha şanslı görünür. Hesab edirəm ki, meydan sahibləri bu qarşılaşmada çətinlik çəkəcəklər. Buna rəğmən Parmanın qələbə qazanacağına inanıram.

Kayserispor – Beşiktaş 1

Ayaksla görüşdə ağır məğlubiyyət alan Beşiktaş çətin ki, özünə gəlsin. Evdə daha yaxşı oynayan Kayserisporun bu fürsətdən yararlanmağa potensialı var. Sürpriz axtarışında olanlar risk edə bilər.

Karagümrük – İstanbulspor 1
Elitaya qayıtmağı hədəfləyən Karagümrük belə oyunlarda xal itirməməlidir. Düzdür, onların işi çətin olacaq. Amma bacaracaqlarına inanıram. Sürpriz kuponda bu təxminə mərc etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 30.09.2024

Növbəti yazı

Şamaxıda məhsuldar bərabərlik