Günün kuponu – 26.09.2024

Günün kuponu – 26.09.2024

Tottenhem – Qarabağ – 2,5 ÜST

Mənə görə bu oyun üçün ən real görünən variantlardan biridir. Hər iki komandanın hücum potensialı belə düşünməyə əsas verir.

Ayaks – Beşiktaş – QOL/QOL

Bu mövsüm uduzmayan Beşiktaş çətin Amsterdam səfərində seriyasını davam etdirməyə çalışacaq. “Qara qartallar”ın əvvəlki əzəmətindən bir qədər uzaq düşmüş Ayaksa qol vuracağını təxmin edirəm. Meydan sahibi də məncə, borclu qalmayacaq.

Fənərbağça – Sent Jilua – 1

Sent Jilua ötən mövsümdən fərqli olaraq Belçika liqasına uğursuz başlayıb. Fənər doğma azarkeşlər önündə bu rəqibi məğlub edə bilər.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Araz-Naxçıvan” – “Səbail” matçının yeri dəyişdirildi

Növbəti yazı

Sürpriz kupon – 26.09.2024