Sürpriz kupon – 06.09.2023

Sürpriz kupon – 06.09.2023

“Tokio” – “Fukuoka” – cüt şans x2

Yaponiya Liqa Kubokunun ilk pley-off oyunu. Bukmekerlər meydan sahibini matçın favoriti hesab etsə də, fikrimcə, “Fukuoka” bu oyunda uduzmayacaq. Məncə, bir neçə gün əvvəl çempionat matçında “Tokio”ya qalib gələn “Fukuoka” kubok qarşılaşmasında da azı heç-heçə oynayacaq.

Malta – Cəbəllütariq – 30-cu dəqiqəyə kimi qol – xeyr

Bu yoldaşlıq oyunundan onsuz da bol qol gözləmirəm. Qol olsa belə, hesabın ilk 30 dəqiqə ərzində açılacağını düşünmürəm.

“Yuni Kollej Dublin” – “Derri Siti” – 30-cu dəqiqəyə kimi qol – bəli

İrlandiya liqasına mərc etmək bir qədər risklidir. Xüsusən də qol baxımından. Amma riskə gedərək liderlə autsayderin duelində hesabın yarım saat ərzində açılacağına mərc edək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 06.09.2023

Növbəti yazı

Zverev 1/4 finalda