9-cu kubok

9-cu kubok

İtaliya kubokunda qalibin adı müəyyənləşib. “İnter” ardıcıl ikinci dəfə kuboku muzeyinə aparıb.

Turnirin həlledici matçında “İnter” və “Fiorentina” üz-üzə gəlib. Romanın “Olimpiya” stadionunda keçirilən oyun “bənövşəyilər” üçün yaxşı başlayıb. Niko Qonsales 3-cü dəqiqədə hesabı açıb. Amma fasiləyədək iki dəfə fərqlənən Lautaro Martines “İnter”in qələbə qollarının müəllifi olub. İkinci hissədə tərəflərin səyləri nəticə verməyib və İnzaginin komandası titula sahib çıxıb.

Bununla da “İnter” tarixində 9-cu dəfə İtaliya kubokunun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal”ın transfer planı

Növbəti yazı

Şirkətlər Liqasında yarımfinalçılar müəyyənləşdi