8 mundialdan sonra
Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin I turu başa çatıb. Baş tutan 16 oyunun heç birində qırmızı vərəqə alan olmayıb.
Bu, 1986-cı ildə Meksikadakı mundialdan sonra ilk belə haldır. Həmin vaxt dünya çempionatının ilk raundu 12 matçdan ibarət olub.