76 ildən sonra poker
“Real” La Liqanın 31-ci turunda “Jirona”nın qonağı olub. 4:2 hesabı ilə qalib gələn meydan sahiblərinin bütün qollarına Valentin Kastelyanos imza atıb.
O, son 76 ildə “Real”ı 4 dəfə məyus edən ilk futbolçu olub. Madrid klubu ilə qarşılaşmada sonuncu poker 1947-ci ildə qeydə alınmışdı.
La Liqa tarixində 5 futbolçu “Real”in qapısına 4 qol vurub. “Jirona”nın hücumçusuna qədər Ventolra (“Barselona”) 1935-ci, Katalan (“Espanyol”) 1940-cı, Emelin (“Ovyedo”) 1942-ci, Eçavarriya (“Ovyedo”) 1947-ci ildə bunu bacarıb.