750-ci qələbə
“Atlanta”nın baş məşqçisi Neyt Makmillan karyerasında 750-ci qələbəsini qazanıb. Yubiley “Klippers”lə görüşə təsadüf edib.
“Houks” 112:108 hesablı qələbəyə sevinib. Makmillan karyerasının 1409-cu görüşündə 750-yə çatıb.
O, NBA-dakı məşqçilər siyahısında qələbə sayında 18-cidir. Karyerasını davam etdirənlərdən yalnız üçü daha çox qələbə görüb. Bunlar Qreqq Popoviç, Dok Rivers və Rik Karlayldır.