70 milyonluq transfer
“Mançester Yunayted” Mateus Kunya ilə müqavilənin şərtlərini razıalşdırıb. Braziliya millisinin və “Vulverhempton”un hücumçusu bu yay “qırmızı şeytanlar”a qoşulacaq.
Forvard üçün 70 milyon avro ödəniləcək. Vəsait üç hissədə veriləcək.
Futbolçu ilə anlaşma 5+1 illik nəzərdə tutulub. Kunya ən azı 2030-cü ilədək Mançesterdə qalacaq.
O, cari mövsümdə 35 matça çıxıb. Hücumçu 17 qol və 6 assistə imza atıb.