7 qollu oyunda “Borussiya” sevindi
Klublararası dünya çempionatı davam edir. Bu gün F qrupunda 2-ci tura start verilib.
CAR təmsilçisi “Mamelodi Sandauns” Dotmund “Borussiya”sı ilə qarşılaşıb. Bu görüş məhsuldar alınıb.
Komandalar 7 dəfə fərqləniblər. Dortmund təmsilçisi erkən qol buraxsa da, sonradan 4 dəfə fərqlənib. Bundan sonra arxayınlaşan Almaniya klubu daha iki dəfə məyus olsa da, qələbə qazanıb – 4:3.
Qeyd edək ki, bu qrupun digər görüşündə “Fluminense” ilə “Ulsan” üz-üzə gələcək.