7 milyonluq vinger

7 milyonluq vinger

“Nyukasl” heyətinə yeni futbolçu qatıb. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi “Odense”nin vingeri Yankuba Minteni transfer edib. 18 yaşlı futbolçu üçün 7 milyon avro ödənilib.

Minte iyulun 1-dən “Nyukasl”ın oyunçusu sayılacaq. O, növbəti mövsümdə icarə əsasında “Feyenoord”da çıxış edəcək.

Minte Danimarka çempionatında keçirdiyi 17 matçda 4 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

NBA-da yeni çempion

Növbəti yazı

Modriç Səudiyyə Ərəbistanına ”yox” dedi