7 ildən sonra titul
Dünyanın sabiq 12-ci raketkası Borna Çoriç Parmadakı “Çelencer”in qalibi olub. O, finalda isveçli Elias İmerə qalib gəlib – 7:6, 6:0.
Bu, Bornanın 2015-ci ilin sentyabrından sonra ilk tituludur. Çoriç 7 il əvvəl Barrankilyadakı “Çelencer”in qalibi adını qazanıb.
Xorvatiyalı 2021-ci ilin martından 2022-ci ilin martınadək çiynindəki zədə üzündən kortlardan kənar qalıb. O, bu qələbə sayəsində reytinqdə 203-cü pilləyə yüksələcək.