64 ildən sonra
Qətərdə keçirilən dünya çempionatındakı ilk oyun Uels yığmasının kapitanı Qaret Beyl üçün əlamətdar olub. Ulduz futbolçu ABŞ-la görüşdə komandasına 1 xalı qazandıran qola imza atmaqla (1:1) 64 illik həsrətə son qoyub.
Beyl Uels yığmasının 1958-ci ildən bəri mundiallarda ilk qolunun müəllifi olub. Ona qədər sonuncu dəfə DÇ-1958-də Macarıstanla qarşılaşmada Terri Meduin fərqlənmişdi.