64 ildən sonra mundalda
Dünya çempionatında iştirak edəcək daha bir komanda müəyyənləşib. Qətərdəki mundiala 30-cu vəsiqə Uels – Ukrayna görüşündə bəlli olub.
Avropa zonasından sonuncu bilet sahibini Kardiffdəki matçda tapıb. Pley-offun final qarşılaşmasının taleyini bir qol həll edib. İlk yarıda Andrey Yarmolenkonun avtoqolu Uels yığmasını sevindirib. 1:0 hesabı ilə qalib gələn böyük britaniyalılar DÇ-2022-də oynamaq hüququ əldə edib.
Uels millisi tarixində ikinci dəfə mundialda oynayacaq. Onlar 64 ilı əvvəl DÇ-1958-də final mərhələsində qüvvəsini sınayıb.