600 minlik hədiyyə

600 minlik hədiyyə

Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçən Erlinq Haland sabiq klubunun bütün əməkdaşlarına hədiyyə verib. 21 yaşlı norveçli hücumçu komanda yoldaşları və məşqçilərə “Rolex” saatları bağışlayıb.

Bu saatların dəyəri 13-15 min avrodur. Saatlar Niderlanddan Almaniyaya iki limuzinlə aparılıb.

Futbolçu və məşqçilərdən başqa klubun daha 20 əməkdaşlı da hədiyyə alıb. Həkimlər, aşpazlar və məsləhətçilərə 7-9,5 min avro dəyərində “Omega” saatları verilib. Haland bu hədiyyələrə ümumilikdə 600 min avro xərcləyib.

ETOPAZ

Əvvəlki yazı

“Milan” üçün 1,3 milyard

Növbəti yazı

Ardıcıl ikinci dəfə