60 milyonluq şərt

60 milyonluq şərt

Lukas Ernandes “Bavariya” rəhbərliyinə klubu tərk etmək istədiyini bildirib. Fransalı müdafiəçi karyerasını PSJ-də davam etdirəcək.

Ernandesin Münhen klubu ilə bir illik müqaviləsi olsa da, komandanı tərk etmək arzusundadır. “Bavariya” tələb olunan məbləğ ödənilərsə, keçidə “yaşıl işıq” yandıracaq: almanlar 60 milyon avro və bonuslar qarşılığında müsbət cavab verməyə hazırdırlar.

Lukas 2019-cu ildə “Atletiko”dan 80 milyon avroya transfer olunmuşdu. Dünya çempionatında zədələnən müdafiəçi Almaniya çempionatında cəmi 11 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” Neveşdən imtina etdi

Növbəti yazı

Modriç qərar verdi