60 ilin ən məhsuldar heç-heçəsi

60 ilin ən məhsuldar heç-heçəsi

Qətərdəki DÇ-2022-nin Kamerun – Serbiya görüşündə son 60 ilin rekordu təkrarlanıb. G qrupunun II turu çərçivəsindəki matç 3:3 hesabı ilə başa çatıb.

Bu, 1962-ci ildən sonrakı dövr üçün mundialların ən məhsuldar heç-heçəsi olub. Son 60 ildə 4-cü dəfə belə hesaba təsadüf edilib.

1982-ci ildə AFR – Fransa, 2002-ci ildə Seneqal – Uruqvay, 2018-ci ildə Portuqaliya – İspaniya qarşılaşmaları da eyni hesabla nəticələnib.

Mundiallar tarixinin mütləq rekordu isə 4:4 hesabıdır. 1954-cü ildə İngiltərə – Belçika, 1962-ci ildə SSRİ – Kolumbiya matçında 8 qol vurulub.

ETOPAZ

Əvvəlki yazı

Braziliya – İsveçrə oyununda işıqlar söndü

Növbəti yazı

Premyer Liqada bərabərlik günü