60 ildən sonra “Nou Kamp”da 4 qol
İspaniya kubokunda yarımfinal mərhələsi başa çatıb. “Barselona”nın qonağı olan “Real” “El Klasiko”da darmadağınla qalib gəlib – 4:0.
Madrid təmsilçisi 2008-ci ilin mayından sonra ilk dəfə əzəli rəqibinin qapısına 4 qol vurub. 15 il əvvəl paytaxt təmsilçisi La Liqadakı ev görüşündə 4:1 hesabı ilə qələbə qazanıb.
“Real”ın “Nou Kamp”da dörd qol vurması isə 60 il sonra yaşanıb. 1960-cü ilin yanvarında madridlilər səfərdə 4 qola sevinib.
Qeyd edək ki, “Real” finalda “Osasuna” ilə görüşəcək.