6 qolla bombardir
Ərəb Çempionlar kubokuna yekun vurulub. Kriştiano Ronaldo turnirin ən yaxşı bombardiri olub.
“Əl-Nəsr”lə kuboka sahib çıxan portuqaliyalı hücumçu 6 qola imza atıb. “Əl-İttihad”ın fransalı forvardı Kərim Benzema 3 qolla ikinci olub.
Qeyd edək ki, “Əl-Nəsr” finalda “Əl-Hilal”a 2:1 hesabı ilə qalib gəlib. Hər iki qola Ronaldo imza atıb.