552 gündən sonra qələbə
Vinus Uilyams peşəkar karyerasında 27-ci mövsümə başlayıb. O, Oklend turnirinin birinci mərhələsində Keti Volınets ilə üz-üzə gəlib.
42 yaşlı tennisçi 7:6 (4), 6:2 hesabı ilə qələbə qazanıb. 2023-cü il Vinusun ən azı bir dəfə qalib gəldiyi 29-cu təqvim ilidir.
Volınets üzərində qələbə ilə Uilyamsın “Uimbldon-2021”dən sonra ilk uğuru olub. O, 552 gündən sonra qalib gəlib.