55 yaşında Portuqaliya klubunda
Yaponiyanın “Suzuki” klubunun futbolçusu Kadzuesi Miura komandanı tərk edəcək. 55 yaşlı hücumçu karyerasını Portuqaliyada davam etdirməyə qərar verib.
Dünyanın ən yaşlı futbolçusu ikinci liqa təmsilçisi “Oliveyrense”yə keçəcək. Bu, qış transfer dövründə reallaşacaq.
Qeyd edək ki, karyerasına 1986-cı ildə başlayan Miura Yaponiya, Braziliya, Xorvatiya, İtaliya və Avstraliya klublarında çıxış edib.