500-cü qələbə
Fransalı tennisçi Qarl Monfis karyerasında 500-cü qələbəni qazanıb. O, bu uğuru ABŞ-ın Tsintsinatti şəhərində təşkil olunan “Masters” turnirində rəsmiləşdirib. Aleks Minaura 6:3, 7:5 hesabı ilə qalib gələn tennisçi “1000”i yarılayıb.
34 yaşlı fransalı karyerasını davam etdirən kişi tennisçilər arasında 500 və daha çox qələbəsi olan 11-ci tennisçidir. Onadək aşağıdakı raketka ustaları bunu bacarıb:
- Rocer Federer – 1251
- Rafael Nadal – 1028
- Novak Cokoviç – 972
- Endi Marrey – 681
- Rişar Qaske – 560
- Fernando Verdasko – 554
- Marin Çiliç – 538
- Sten Vavrinka – 533
- Tommi Robredo – 533
- Felisiano Lopes – 501