500-cü qələbə

500-cü qələbə

“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. Yubiley Premyer Liqanın XXVI turuna təsadüf edib.

“Ağ-qaralar” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib. Bakılılar ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb.

Paytaxt təmsilçisi evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib. Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.

Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan ağdamlılar 505 dəfə rəqibini məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan rekord

Növbəti yazı

Ter-Şteqendən 150-ci quru oyun