50 minlik cərimə
NBA “Filadelfiya”nı cəzalandırıb. “Siksers” 50 min dollar cərimə ödəyəcək.
Buna Coel Embiidin zədədən dönməsi barədə məlumatın vaxtında verilməməsi səbəb olub. “Mayami” ilə pley-offun ilk iki matçını buraxan ulduz üçüncü qarşılaşmada (99:79) meydana çıxıb.
Oyundan bir gün əvvəl onun adı zədəlilər sırasında olub. Embiidi yalnız qarşılaşma günü bu siyahıdan çıxarıblar.