50 milyonluq yarımmüdafiəçi
“Nyukasl” heyəti gücləndirməyə hazırlaşır. İngiltərə klubu Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Julian Brandta elçi düşüb.
Almaniya millisinin də şərəfini qoruyan 27 yaşlı hücumameylli yarımmüdafiəçi 2019-cu ildən Dortmund klubunun formasını geyinir. Futbolçunun transferi üçün danışıqlara başlayan “sağsağanlar” keçid üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, cari mövsümdə 16 matçda iştirak edən Brand 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.