50-ci qol

50-ci qol

“Turan Tovuz” Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. Qərblilərin yubiley qoluna Ayxan Quseynov imza atıb.

O, Azərbaycan Premyer Liqasının X turunun “Qarabağ”la ev matçında fərqlənib. 2:2 hesabı ilə başa çatan qarşılaşmada son qolu vuran Ayxan Tovuz klubunun “50”yə 46-cı matçda çatmasına töhfə verib. Qərblilərin məhsuldarlığı 1,09-a bərabərdir.

“Turan Tovuz” yarışın tarixinə ən azı 50 qol vuran 43-cü komanda kimi düşüb. Tovuzun Premyer Liqadakı ikinci təmsilçisi olan “Turan Tovuz”un ilk qolu ötən mövsümə təsadüf edib. 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında Natan Oduva qələbə qoluna imza atıb – 1:0.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada 250-ci oyun

Növbəti yazı

Hummels ikinciliyə şərik çıxdı