50-ci qələbə
“Miluoki” NBA-da müntəzəm çempionatda 50-ci qələbəsini qazanıb. “Finiks”i məğlub edən (116:104) “Baks” bunu bacaran ilk komanda olub.
Bu qələbə həm də pley-offa vəsiqəni təmin etmək imkanı verib. Şərq konfransının lideri 69 görüşdə 50 qələbə qazanıb və 19 dəfə uduzub.