5 milyardlıq təklif
“Mançester Yunayted”in potensial müştəriləri olan Qətər şeyxi Cassim bin Hamad Əl Tani və britaniyalı milyarder Cim Ratklif klubun alınması üçün son təklifini göndərib. Əl Tani səhmlərin 100 faizi üçün 5 milyard funt ödəməyə hazırdır.
Lakin klubun indiki sahibləri olan Qleyzer ailəsi 6 milyard qazanmaq istəyir. Asiyalı şeyx stadion və klubun bazasında yenidənqurma işləri də vəd edir. Ratklif isə səhmlərin 50 faizini almağı planlaşdırır.