5-ci vəsiqənin sahibi

5-ci vəsiqənin sahibi

ATP yekun turnirinin daha bir iştirakçısı dəqiqləşib. Rusiyalı Andrey Rublyov Turindəki yarışa vəsiqəni təmin edib.

O, ikinci dəfə bu turnirdə qüvvəsini sınayacaq. Andrey ötən il Londonda qrup səddini adlaya bilməmişdi.

Rusiyalı yekun turnirinə vəsiqə qazanan 5-ci tennisçidir. Onadək Novak Cokoviç, Danil Medvedev, Stefanos Tsitsipas və Aleksandr Zverev də buna nail olub.

ETOPAZ

Əvvəlki yazı

“Milan” rekordunu təkrarladı

Növbəti yazı

Qvardiolanın Kroos arzusu