5-ci rusiyalı, 65-ci legioner

5-ci rusiyalı, 65-ci legioner

Azərbaycan Premyer Liqasının XV turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Vasili Berezutski “Sabah”da debüt edib. Rusiyalı mütəxəssisin baş məşqçisi olduğu komanda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Berezutski Azərbaycan çempionatları tarixində 65-ci legioner baş məşqçi olub. Onadək 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Berezutski Premyer Liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada 30-cu qələbə

Növbəti yazı

20-ci böyükhesablı