49 ildə ilk dəfə
Superkubokun finalında baş tutan “Real” – “Barselona” oyununun qəhrəmanı Qavi olub. Yarımmüdafiəçi bir qol və 2 assistə imza atıb.
O, “El-Klasiko” tarixində son 49 ildə bunu bacaran ilk futbolçudur. “Real”la “Barselona”nın duelində bir qol və iki assistə imza atan sonuncu oyunçu Yohan Kroyff olmuşdu. O, 1974-cü ildə fərqlənib.
Qeyd edək ki, “Barselona” 3:1 hesablı qələbə ilə Superkuboka sahib çıxıb.