45000-ci xal
Lebron Ceyms NBA-daa ümumi xal hesabında 45000-i arxada qoyub. “Leykers”in ulduzu buna “San-Antonio” ilə matçda nail olub.
105:94 hesablı qələbədə hücumçu 39 xalla pay sahibi olub. Lebronun müntəzəm çempionat və pley-offda topladığı xalların ümumi sayı 45002-yə yüksəlib.
O, 45000-i keçən ilk basketbolçu olub. İkinci sırada əfsanəvi Kərim Abdul-Cabbardır – 44149 xal.
Karyerasını davam etdirənlər arasında ikinci Kevin Dyurentdir. “Bruklin”in ulduzu 30700 xalla ümumi sıralamada 11-cidir.