450-ci: Əhmədzadənin 100-cü oyunu

450-ci: Əhmədzadənin 100-cü oyunu

Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib. “Sumqayıt”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının XV turuna təsadüf edib. 25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.

O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.

Qeyd edək ki, Rüstəm turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub

ETOPAZ

Əvvəlki yazı

10-cu ukraynalı: “Neftçi”nin 33-cüsü

Növbəti yazı

Günün kuponu – 17.12.2025