40 yaşlı bombardir
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatındakı bombardirliyini möhkəmlədib. “Əl-Nəsr”in portuqaliyalı ulduzu 27-ci turun “Ər-Riyad”la görüşündə (2:1) dubla imza atıb.
40 yaşlı hücumçu 26 oyunda 23 qol vurub. Ümumilikdə isə bütün turnirlər nəzərə alınmaqla mövsümün 35 matçında 32 dəfə fərqlənib.
Qeyd edək ki, Ronaldonun Asiya klubu ilə müqaviləsi yayda başa çatacaq.