40 oyunda 39 qol
Erlinq Haland Norveç millisində növbəti qolunu vurub. Hücumçu DÇ-2026-nın Moldova ilə səfər oyununda fərqlənib.
Şimallılar bu qarşılaşmada 5:0 hesabı ilə qalib gəliblər. Haland bir qola imza atıb. Bu, onun milli formasında 39-cu topu olub. O, 40-cı görüşünə çıxıb.