40 minlik cəza

40 minlik cəza

“Nyu-York”un basketbolçusu Culius Rendl cəzalandırılıb. Hücumçu 40 min dollar cərimə ödəyəcək.

Buna basketbolçunun “Yuta” ilə qarşılaşmadakı davranışı səbəb olub. 93:108 hesablı məğlubiyyətdən narazı qalan Rendl görüşün sonlarında hakimin ünvanına xoşagəlməz ifadələr işlədib.

Qeyd edək ki, bu, Rendlin mövsümdə 4-cü cəzasıdır. O, ümumilikdə 130 min cərimələnib.

ETOPAZ

Əvvəlki yazı

Barti karyerasını bitirdi

Növbəti yazı

Dünyanın ən yaxşı gənc futbolçuları