38 illik həsrətə son

38 illik həsrətə son

Türkiyə çempionunun adı bəlli olub. Super Liqanın 35-ci turunda “Antalyaspor”u qəbul edən “Trabzonspor” 2:2 hesablı heç-heçəylə kifayətlənib.

Qazanılan bir xal Trabzon təmsilçisinə qızıl medalları təmin etmək üçün yetərli olub. Mövsümün sonuna üç tur qalmış 77 xala malik çempion ən yaxın izləyicisi “Fənərbaxça”dan 9 xal öndədir. İstanbul klubu “Trabzonspor”a çatmaq imkanına malik olsa da, şəxsi oyunlardakı üstünlük qızıl medalları rəsmiləşdirmək üçün kifayət edib.

38 illik çempionluq həsrətinə son qoyan trabzonlular tarixində 7-ci dəfə qızıl medalları qazanıb. Qaradəniz təmsilçisinin son uğuru 1983/84 mövsümündə yaşanmışdı.

ETOPAZ

Əvvəlki yazı

“Böyük beşlik” fəth olundu

Növbəti yazı

Günün kuponu – 01.05.2022