36-cı çempionluq: “Real” zirvəyə döndü
Basketbol üzrə İspaniya çempionatında 2021/22 mövsümünün qalibi müəyyənləşib. “Real” tarixində 36-cı dəfə ölkə çempionu olub.
4-cü qarşılaşmadakı qələbədən (81:74) sonra Madrid klubu final seriyasında əzəli rəqibi “Barselona”nı 3:1 hesabı ilə məğlub edib. Kataloniya təmsilçisinin aktivində 18 titul var.
“Real” iki mövsümlük fasilədən sonra zirvəyə qayıdıb. 2019-cu ilin çempionu sonrakı iki ildə bu titulu qazana bilməyib. 2020-ci ildə “Baskoniya”, 2021-ci ildə “Barselona” çempion olub.
Madridlilərin baş məşqçisi Pablo Laso 6-cı dəfə titula sahib çıxıb. O, 2011-ci ildən “Real”a rəhbərlik edir.