“Qəbələ” Azərbaycan kubokunu qazandı
Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə yekun vurulub. “Qəbələ“ finalda “Neftçi”ni məğlub edib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Nəticədə qalib əlavə vaxtda bəlli olub. Kubokun qalibini penaltidən vurulan qol müyyənləşdirib. 102-ci dəqiqədə Kverkveliyanın əllə oyununa görə hakim “ağ nöqtə“ni göstərib. İsnik Alimi dəqiq olaraq, hesabı açıb. Qalan dəqiqələrdə tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib.
“Qəbələ” tarixində ikinci dəfə Azərbaycan kubokunun qalibi olub.