350-ci quruhesablı qələbə

350-ci quruhesablı qələbə

Azərbaycan Premyer Liqasının X turunun “İmişli” ilə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub. Ağdam klubu ölkə çempionatlarında 350-ci quruhesablı qələbəsini 2 cavabsız qolla qazanıb.

“Qarabağ” 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib. Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib. “Qarabağ”ın quruhesablı qələbələrindən beşi cari mövsüm qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal da itirməyib.

ETOPAZ

Əvvəlki yazı

Dembele yenidən zədələndi

Növbəti yazı

Mövsümdə ilk, tarixdə rekord