34-cü final
Novak Cokoviç 34-cü dəfə “Böyük dəbilqə”lərin finalına yüksəlib. Serb tennisçi “Rolan Qarros”un yarımfinalında Karlos Alkarası məğlub edib.
6:3, 5:7, 6:1, 6:1 hesabı ilə qalib gələn Novak finalda Kasper Ruudla görüşəcək. O, Parisdə 7-ci dəfə final oynayacaq.
34-cü dəfə həlledici matça vəsiqə qazanan Cokoviç özünün sahib olduğu rekordu yeniləyib. O, 23-cü titul üçün mübarizə aparacaq.