33 ildən sonra 18 yaşlı 1/4 finalçı
İndian-Uellsdə keçirilən “Masters” yarışının 1/8 finalında Karlos Alkaras Qael Monfisi məğlub edib (7:5, 6:1). Bu, 18 yaşlı ispaniyalının son 10 oyunda 9-cu qalibiyyətidir.
Ardıcıl 9-cu qələbəsini qazanan Alkaras karyerasında ilk dəfə “Masters” yarışının 1/4 finalına yüksəlib. O, 1989-cu ildə Maykl Çanqdan sonra İndian-Uells-də kişilər arasında ən gənc 1/4 finalçı olub.
Qeyd edək ki, Alkaras bu mərhələdə çempion Kameron Norri ilə qarşılaşacaq.