32 milli üçün 440 milyon

32 milli üçün 440 milyon

Qətərdə keçirilmiş dünya çempionatında komandalara verilən pul mükafatlarının məbləği açıqlanıb.  FİFA mundailda iştirak edən 32 yığmaya ümumilikdə 440 milyon ABŞ dolları verib.  

Bu, 4 il öncə baş tutan dünya çempionatı ilə müqayisədə 40 milyon dollar çoxdur. Yığmalardan ən çox mükafat çempion Argentinaya verilib. Lionel Messinin kapitanı olduğu cənubi amerikalılar 36 ildən sonra kuboku qazanmaqla 42 milyon dollar qazanıblar.

Argentinanın finalda məğlub etdiyi Fransa isə 38 milyona sahib olub. Mundialın bürünc medalına sahib olan xorvatlar 28, dördüncü yeri tutan Mərakeş millisi isə büdcəsini 25 milyon zənginləşdirib.

Çempionatda ən az pulu isə ev sahibi Qətər qazanıb – 9 milyon dollar.

ETOPAZ

Əvvəlki yazı

Messidən növbəti nailiyyət

Növbəti yazı

Kante ”Barselona” yolunda