31 ilin darmadağını
İspaniya klubları son 31 ildə avrokubokun finalında başqa ölkə təmsilçilərindən ən ağır məğlubiyyəti alıblar. Bu, Konfrans Liqasının həlledici matçına təsadüf edib.
“Betis” “Çelsi”yə 1:4 hesabı ilə uduzub. Bundan ağır məğlubiyyət 1994-cü ildə yaşanıb.
Həmin vaxt “Barselona” “Milan”a 0:4 hesabı ilə məğlub olub. 31 il əvvəl mayın 18-də keçirilən qarşılaşma Çempionlar Liqasının qalibini müəyyənləşdirib.