31 ildən sonra yarımfinalda

31 ildən sonra yarımfinalda

“Nottinhem Forest” İngiltərə Liqa kubokunun yarımfinalına yüksəlib. Onlar 1/4 finalın 1:1 hesabı ilə başa çatan matçının penaltilər seriyasında “Vulverhempton”u məğlub edib – 4:3.

Premyer Liqa təmsilçisi 31 ildən sonra daxili kubok yarışlarında bu qədər irəliləyib. Nottinhem təmsilçisi sonuncu dəfə 1991/92 mövsümündə 1/4 final səddini adlayıb. Həmin vaxt komanda Liqa kubokunun finalına qədər irəliləyib. Həlledici görüşdə isə “Mançester Yunayted” 1:0 hesablı qələbə qazanıb. Bu dəfə eyni rəqiblə duel yarımfinalda  baş tutacaq.

e-Topaz

Əvvəlki yazı

Ten Haqdan yubiley və rekord

Növbəti yazı

“Milan”ı dayandıran tapıdl